Taksi sürücüləri qeydiyyatdan keçmədiyi halda cərimələnəcəklər

taxi

Taksi sürücüləri qeydiyyatdan keçmək və müvafiq icazə almaq üçün müəyyən məbləğ ödəməli olacaqlar. Əgər taksi sürücüsü qeydiyyatdan keçməyəcəksə cərimələnəcək. Bu haqda “Netgazetiyə” Tbilisi meriyasının nəqliyyat xidmətindən bildiriblər.

Tbilisi meriyası taksi sürücülərinin qeydiyyata başlamasını 2018-ci ilin yaz-payızından planlaşdırır, bu haqda dekabrın 24 də paytaxtda keçirilən iclasda məlum olub. Ancaq o zaman iclasda merin müavini Maia Bitadze bildirib ki, taksi sürücülərinə qeydiyyatdan keçmək üçün məbləğ ödəmək lazım olmayacaq.

Tbilisi meriyasının nəqliyyat xidmətindən bildirirlər ki, məbləğ simvolik olacaq, ancaq konkret miqdar Parlamentin qanunverici dəyişiklikləri qəbul etməsindən sonra məlum olacaq.

Meriyanın məlumatına görə, ilkin mərhələdə qeydiyyat tələbləri kəskin olmayacaq, sonra isə daha detal olaraq işləniləcək. İcazə almaq üçün asa ərizə formasını doldurmaq lazım olacaq.

Mənbə: netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register