Təshil nazirliyi – iki xarici dilin tədrisi şagirdlər üçün yenidən məcburi olacaq

tehsil

Təhsil nazirliyinin məlumatına görə, iki xarici dilin tədrisi şagirdlər üçün yenidən məcburi olacaq. Müəssisə ictimai məktəblərdə ikinci xarici dilin tədrisi məcburi deyil seçim fənni olacaq kimi son günlərdə mediada yayılan məlumata dair rəy bildirərək bunun düzgün olmadığını qeyd edib.

“Gürcüstanın Elm və Təhsil nazirliyi birmənalı şəkildə bildirib ki, məlumat həqiqətə uyğun deyil. Əksinə nazirliyin məqsədi məktəblərdə xarici dillərin tədrisinin daha da yüksək standartının əsasını qoymaqdır.

Müvafiq olaraq, nazirlik izah edir ki, milli tədris planının inkişafı prosesində, xarici dillərə gələcəkdə daha da önəm veriləcək. İki xarici dilin tədrisi şagirdlər üçün yenidən məcburi olacaq – ingilis dili birinci sinifdən, ikinci xarici dili isə şagird 5-ci sinifdən məktəb tərəfindən təklif olunan dillərdən özü seçəcək. Daha artıq, məktəbin öhdəliyi olacaq ki, məcburi xarici dil çərçivəsində, şagirdlərə seçim üçün iki dil təklif etsinlər, özlərinə seçim imkanı versinlər və dillərin yüksək səviyyədə tədrisini təmin etsinlər”, – deyilir Təhsil nazirliyinin bəyənatında.

Mənbə: ipn.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register