“Bələdiyyə məclisi üzvlərinin Gender Şurasında çalışması üçün təcrübəli mütəxəssisin köməyinə ehtiyacı var” – Olqa Endeladze

genderi

“Marneuli” Radiosunun efirində dünən, 12 fevral tarixində sujet yayımlandı və sujetdə “Gürcüstan Azərbaycanlı Gənclər İttifaqı”nın sədri Leyla Məmmədova, Marneulinin Gender Bərabərliyi Şurasında nepotizm işarələrindən danışırdı. Sujet efirə getdikdən sonra  Facebookda böyük səs-küyə səbəb oldu. Nona Samxaradze Marneuli Gender Bərabərliyi Şurasında QHT “Marneuli Demokrat Qadınlar təşkilatı”nı təmsil edir. Nona düşünür ki, Leyla Məmmədova bizimlə müsahibsəində onun qohumluq əlaqələrini diqqətə çatdırıb. Çünki o, bələdiyyə məclisi sədrinin müavini Mamuka Naverianinin baldızıdır.

“Leyla Məmmədova tərəfindən bu qeyd düzgün deyildi. Əgər bələdiyyə məclisində nepotizm görürsə buna seçkilər zamanı da etiraz edəydi. Onda etmədi və indi etiraz edirsə deməli yeganə daxil olan üzv mənəm və nepotizmi mənə bağlayır. Mən ilk növbədə Marneuli bələdiyyəsinin sədr müavinin baldızı deyil, Marneuli Gender Şurasında “Marneuli Demokrat Qadınlar İttifaqı”nın üzvüyəm”.

Nona Samxaradzenin sözlərinə görə, onunla Gender Bərabərliyi Şurasının katibi İa Esebua əlaqə saxlayıb və şuraya üzv olmağı Olqa Endeladze və Mariam Samxaradzenin rekomendasiyasına əsasən təklif edib. Çünki Nona gender araşdırmaları üzrə magistrdır və onun namizədliyi yeni yaradılmış gender bərabərliyi şurası üçün yararlı ola bilər. Nona eləcə də qeyd edir ki, gender bərabərliyi şurasında yalnız bir QHT nümayəndəsinin olması yetərli deyil və hesab edir ki, ən azı beş təşkilat nümayəndəsinin olması mütləqdir. Onlar yerlilər və bələdiyyə məclisinin üzvləri ilə birgə gender baxımından çalışacaqlar.

QHT “Marneuli Demokrat Qadınlar İtiifaqı”nın sədri Olqa Endeladze deyir ki, şəxsi söhbəti zamanı o, İa Esebua ilə söhbətində gender bərabrəliyi şurasına üzvlüklə bağlı rekomendasiyasında ilk əvvəldən Nona Samxaradzenin namizədliyinə razılaşıb.

“Nona Samxaradze bizim təşkilatın təsisçilərindən biridir. Və həmçinin müxtəlif gender istiqamətində olan layihələrdə məsləhətçidir. Çünki müvafiq akademik magistr dərəcəsi var və gender üzrə nəzəri baxımdan hazırlanmış mütəxəssisdir. Əgər bu şurada bir nəfər nümayəndə olmalıdırsa bu ilk növbədə gender mütəxəssisi olmalıdır”.

Olqa Endeladzenin sözlərinə görə, bələdiyyə məclisinin üzvləri gender məsələləri üzərində çalışmağa hazır deyillər. Buna görə də mütəxəssisin şura işlərinə qoşulması vacib idi.

“Kiminsə etirazı varsa gender siyasətinə təsir etmək istəyirsə bu müzakirələrə qoşulmalıdır. Bələdiyyə məclisinin üzvləri ilə, əhalidə cəmiyyətdə hansı gender problemlərimiz var. Bunların hamısını real olaraq nəyimiz varsa artıq etirazları kənara qoyaraq qoşulmalı və müzakirə aparmalıyıq”.

Olqa Endeladze eləcə də hesab edir ki, nəticə çıxarmaq üçün hələ çox tezdir. Çünki onlar hələ bilmirlər ki, şura necə çalışacaq. Qeyd etmək lazımdır ki, gender bərabərliyi şurasının üzvləri maaş almırlar və tam könüllü şəkildə başlanğıclar üzərində işləyirlər.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register