Yerevanda dövlət məmurları deputat qadını döyüb (Video)
Bu gün, 13 fevral tarixində Yerevan meriyası iclasında deputat Marina Xaşaturianı kişi deputatlar fiziki və şifahi olaraq təhqir ediblər.
Bugünkü iclasda meriya üzvləri müxalfət fraksiyası “Erkir Tsirani” -dən(Ərik ölkəsi) şüşə qablarda yumşaq maye aparıblar – məlum olub ki, bu Yerevan inzibati rayonundan, Nubaraşenidən aparılan su imiş.
Müxalifət fraksiyasının üzvü Marina Xaşaturian suyu vermək üçün Yerevan meri Taron Markariana yaxınlaşan zaman, təhlükəsizlik xidməti və idarşı Respublikaçılar partiyası fraksiyasının deputatları onu dayandırmağa cəhd göstəriblər və bu zaman su merin masası üzərinə dağılıb. Taron Markarian ayağa qalxmağa məcbur olub. Hadisədən sonra idarəçi partiya üzvləri deputat qadına yumruqla hücum ediblər. İdarəçi prtiyanın üzvləri arasında eləcə də deputat , Karate Federasiyasının rəhbəri və aktyor Qor Vartanian da olub.
Mübahisəyə görə, meriyada bugünkü iclas dayandırılıb. Sonradan isə hadisə yerinə gedən polis jurnalistləri iclas zalından çıxarıb.
2018-ci ilin 12 fevral tarixində Nubaraşeni rayon əhalisi aksiya keçirərək rayon kanalizasiya sisteminin idarəsizliyinə və içməli suyun keyfiyyətinə etiraz ediblər.
Mənbə: Netgazeti.ge
marneulifm1106 Posts
0 Comments