Marneulili model “Best Model” müsabiqəsində mükafat aldı

orxan

22 yaşlı gənc Marneuli sakini Orxan Məmmədov 13 fevral tarixində Tbilisidə yeriləşən İlia bağında keçirilən “Best Model” mükafatlandırma mərasiminin yarım finalında iştirak edib. O, yarışmada aktyorluq fəaliyyətinə görə “Best Model” mükafatına layiq görülüb. 9 nəfərlik münsif heyyətinin qiymətləndirdiyi yarışmada Orxan 16 nəfər iştirakçı arasından seçilmişdir. Orxan Məmmədov aktyorluğa maraq göstərdiyi və yarışmaya necə qatıldığı haqda danışdı.

“Mən istədim ki , bu yolda davam edim və internetdə araşdırıb Gürcüstanda 10 ildir keçirilən müsabiqə tapdım və qeydiyyatdan keçdim. 50-60 nəfər iştirakçının içindən yarım finala 16 nəfər seçildi və onların içində tək Azərbaycanlı mən idim. Dünən yarım final keçirildi və mən “Best Model”aktyorluq mükafatına layiq görüldüm , bu mənim üçün sevindirici haldır”.

Orxan Məmmədov sözlərinə görə o çox xoşbəxtdi. Orxan uğurlarında ailəsinin dəstəyinin böyük olduğunu deyir.

“Mənim üçün sevindirici hal idi , ailəm, dostlarım yanımda idilər. Əgər bir yola çıxırsınızsa ailənin dəstəyi mütləqdir”.

Orxan gələcək planlarından da danışdı və gənclərə də öz tövsiyələrini verdi.

“Gələcəylə bağlı planlarım Türkiyəyə getmək və aktyorluq üzrə orda təhsil almaqdır. Gənclərə tövsiyyəm odurki , ətrafdan yönəlmiş fikirlərə qulaq asmasınlar , öz xəyallarınıı həyata keçirməyi bacarsınlar inanıramki , bu yolla uğur əldə edəcəklər”.

Orxan Məmmədov onu da qeyd etdi ki, aktyorluq peşəsini davam etdirmək üçün bu sahə üzrə peşəkar olmaq arzusundadır.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register