2017-ci ildə 305 həkimdən 300 həkim il ərzində peşəkar məsuliyyətə cəlb olunub
Gürcüstanın səhiyyə nazirliyinin tibbi tənzimləmə agentliyinin məlumatına görə, keçən il ərzində peşəkar məsuliyyətə 300 həkim cəlb olunub. Müvafiq məlumatı agentlikdən İPN tələb edib. Məlumata əsasən, 207 həkimə “yazılı xəbərdarlıq” verilib, 93 həkimin isə müxtəlif müddətlərə sertifikat qüvvəsi dayandırılıb.
“Agentliyin rəhbərinin sərəncamına əsasən, 170 halda xəstələrə göstərilən tibbi yardımın keyfiyyətinin öyrənilməsinə başlanılıb. Peşəkar inkişaf şurası 305 həkimin peşə məsuliyyətini müzakirə edib: 2 həkimə peşə məsuliyyəti öhdəliyi verilməyib. 3 həkimin məsələsinin müzakirəsi hüquq orqanlarından əlavə məlumat təqdim olunandan sonra təxirə salınıb. 300 həkim peşəkar məsuliyyətə cəlb olunub, onlardan 207 həkimə yazılı xəbərdarlıq verilib”, – deyilir tibbi tənzimləmə agentliyinin məlumatında.
Mənbə: ipn.ge
Amil Məmmədov2286 Posts
0 Comments