Marneuli meriyasına 3 ay ərzində itlərin sığınacaq xidməti 11 590 lariyə başa gəlib

dzagli

Marneulidə itlərin sığınacaq xidməti üçün 2017-ci ilin sentyabrında bələdiyyə tender elan edib. Tenderdə yalnız bir fərdi istehsalçı, Qiorqi Mağlaperidze iştirak edib. Tenderin dəyəri 12 700 lari olub və yeganə iştirakçı isə bələdiyyəyə 12 065 lari təklif edib. Onunla müqavilə bağlayıblar və oktyabrda işinə başlayıb. Marneulidən aparılan itləri Ozurgeti sığınacağına aparılıb. İtlərin müəyyən hissəsini isə Marneulidə buraxılıb. Bu gün Mağlaperidze bizimlə söhbət zamanı bildirib ki, o, öz işini artıq bitirib. Nə qədər it apardığını isə dəqiq xatırlamır, amma əmindir ki, tuta bilmədiyinə görə, bütün itləri apara bilməyib.

“Hamısını apara bilmədik, tuta bilmədim. Təqribən 7 və ya 6 it çatışmırdı. Sonra heç gəlməmişik. Müvafiq olaraq pulu tam almamışam”.

Qiorqi Mağlaperidzenin işini Gürcüstanın Heyvanların Mühafizəsi Federasiyasının monitorinq xidməti müşahidə edirmiş. Onlar itlərə lazım olan prosedurları izləyiblər. Gürcüstanın Heyvanların Mühafizəsi Federasiyasının nümayəndəsi Temur Laçkepiani deyir ki, müxtəlif növ iradlara görə, ona xəbərdarlıq da veriblər.

“Bizim nümayəndəmiz onlarla gedirdi, foto-videolar çəkilirdi. İrad ona görə idi ki, onun baytarlıq preparatları yetərli qədər deyildi. Xəbərdarlıq edildi ki, daha çox əldə etsin və keyfiyyətli olsun. Havalandırma sisteminin olmamasına da irad bildirildi. Ona deyilən iradları bələdiyyəyə də göndərdik. Təmizləmə həyata keçirirdi. Yaşlı itləri buraxırdılar. Sağlam itlər əməliyyat olunurdu, peyvənd vurulurdu və sonra geri aparırdılar”.

Laçkepiani deyir ki, bələdiyyə də monitorinq həyata keçirməyə məcburdur. Yalnız itlərin aparılması sayı ilə maraqlanmalı deyillər. Mağlaperidzenin işini monitorinq etmək öhdəliyi Marneuli meriyasına düşürdü ya yox, bunu müəyyənləşdirmək üçün ənənəvi olaraq məktubla müraciət etməmizi istədilər.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register