Satıcı Valentin günündə – “Çiçəklərin qiymətində heç kimin xətrinə dəymirik, yetər ki, sevsinlər”
Bu gün 14 fevral bütün dünyada sevgililər günü kimi qeyd olunur. Bu günün tarixi Qədim Roma imperyasına qədər gedib çıxır. Əfsanəyə görə, Qədim Romada 14 fevral günü bütün romalılar üçün əhəmiyyətli bir gün olub. Bu gündə Roma xalqı tərəfindən qadınlıq və evlilik ilahəsi olaraq qəbul edilən ilaha hörmət əlaməti olaraq tətil və şənlik keçirilərdi. Əfsanədə deyilir ki, Valentin Romada rahib olub.
Valentin imperatorun bayramı qadağan etməsinə baxmayaraq, gizli şəkildə qızlarla oğlanları görüşdürməkdə, onların bu müvəqqəti görüşünü də xristianlıq qaydaları ilə qanuniləşdirməkdə davam edirmiş. (Katoliklər də bu fakta dayanaraq iddia edirdilər ki, rahib Valentin xristianlığı təbliğ etdiyi üçün öldürülüb.) İmperator da onun bu hərəkətlərindən xəbər tutaraq zindana atdırır və döydürərək, təhqiramiz formada öldürtdürür. Valentin 14 fevral tairixində xristian məzarlığında dəfn edilir.
Marneulidə isə bu gün bayram əhval-ruhiyyəsi var, hədiyyə ilə görüşə tələsən gənclər xüsusən seçilir. Dükanlar isə bu günə xas şəkildə bəzədilib. Onlar bu gün daha cox tələb olunan hədiyyələri göz önünə qoyaraq ticarətlərini artırmağa çalışırlar. Gül dükanında isə sıxlıq müşahidə olunurdu. Bəylər öz xanımlarına gül almaq üçün hətta dükanın qarşısında növbə yaratmışdılar.
Marneuli sakinləri arasında bu günü necə keçirdikləri haqda sorğu apardıq. Sorğuda iştirak edən sakinlər bizə bu günü necə qeyd etdiklərini və hədiyyə alib almadıqları haqqında danışdılar.
Həmçinin hədiyyə və gül dükanlarında ticarətin necə getdiyi haqqında da saticilardan məlumat əldə etdik.
Bu gün iş günü olduğundan satıcılar iş saatının bitməsindən sonra ticarətlərinin artacağına ümüd edirlər.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments