ABŞ-da məktəbə hücum olub

abs mekteb

Florida ştatının Parkland şəhərində yerləşən Marjorie Stoneman Douglas məktəbinə hücumda ən azı 17 nəfər həlak olub. Bu barədə Şerifin ofisindən məlumat verilib.

Məktəbdə şagirdlərlə bərabər böyüklərdə öldürülüb. Bina içərisində 12 nəfər, məktəbin həyətində iki, küçədə bir nəfər ölüdürülüb. Yaralılardan ikisi isə xəstəxanada dünyasını dəyişib. Hücumçu AR-15 tüfəngindən istifadə edib.

Şerifin ofisindən verilən məlumata görə, 14 nəfər yaralanıb, onlar xəstəxanaya aparılıb.

Polis cinayətdə şüpəli bilinən şəxsi artıq nəzarətə götürüb. Məktəbə edilən hücumda, bu məktəbin köhnə tələbəsi olan 19 yaşındakı Nikolas Cruz şübhəli bilinir. Şerifin dediklərinə görə, intizamla əlaqədar problemləri olduğundan onu məktəbdən uzaqlaşdırıblar.

Mənbə: currenttime.tv

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register