Tikinti üçün icazənin verilməsi qaydalarında dəyişikliklər daxil olur
Tikinti üçün icazə verilməsi qaydalarında dəyişikliklər daxil olur. Hökumətin müvafiq sərəncamı layihəsini bu günkü hökumət iclasında Tbilisi meri Kaxa Kaladze təqdim edəcək.
Baş Nazir Giorgi Kvirikaşvili bildirib ki, bu dəyişikliklər vacib dərəcədə Tbilisidə tikinti prosesini tənzimləyəcək.
“İcazə almaq prosesində yaşıllaşdırma planının təqdim olunması vacib olacaq. Oradakı ağacların sayı, yeni yaşıllaşdırma planının təqdim edilməsi, eləcə də 4000 kv/m-dən böyük tikintirinin icazəsinə ilk mərhələdə nəqliyyat tədqiqatı və nəqliyyat tənzimləmə sxeminin təqdim edilməsi də lazım olacaq. Həmçinin, bu vacib şəkildə bizim inkişafımız baxımından da təsir edəcək ki, sonradan layihələşdirməyə dəyişikliklər daxil etmək lazım olmayacaq”, – bildirib Baş Nazir.
Mənbə: ipn.ge
Amil Məmmədov2286 Posts
0 Comments