Dəmirəl Kollecinin direktoru – pedaqoqların bir hissəsi Gürücstanı tərk edib və müxtəlif ölkələrdə sığınacaq istəyirlər

demirel koleci

Dəmirəl kollecinin pedaqoqların bir hissəsi Gürcüstanı tərk edib və müxtəlif ölkələrdən sığınacaq istəyirlər, – bu haqda İPN-ə kollecin direktoru Safed Bayrat Tutan bildirib.

O, qeyd edib ki,əməkdaşların bir hissəsi xaricə kollecin bağlanmasından sonra gedib. Ancaq kollecin meneceri Mustafa Emre Çabukun saxlanılması və onun Türkiyəyə ekstradasiya olunması tələbindən sonra xarici ölkələrə bir neçə pedaqoq yenə gedib və sığınacaq istəyib.

“Konkret deyə bilmirəm hansı ölkəyə gedirlər. Ancaq fakt və reallıq belədir. Məktəb bağlandığına görə, bir çox pedaqoq xaricə gedib. Həm çalışmaq həm də sığınacaq istəmək üçün. Çabukun həbsindən sonra daha çox adam müraciət edib”, – bildirir Safed Bayrat Tutan.

Dəmirəl kollecinin meneceri Mustafa Emre Çabuk Türkiyənin tələbi ilə saxlanılıb. O, terror təşkilatının üzvlüyündə və dəstəyində ittiham olunur. Çabukun Türkiyəyə ekstradasiya olması məsələsini Tbilisi məhkəməsi fevarlın 19-da müzakirə edəcək.

Mənbə: ipn.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register