Attestat imtahanlarında şagirdlər balla qiymətləndirilməyəcəklər

imtahan

Attestat imtahanları dəyişdirilmiş formatda keçiriləcək. Test imtahanları başa çatanda artıq şagird balla qiymətləndirilməyəcək, o, ekranda minimal həddi keçib-keçmədiyi barədə məlumat alacaq. Bu barədə Maya Miminoşvili mətbuat konfransında bildirib.

Milli İmtahan Mərkəzinin direktorunun dediyinə görə, minimal keçid həddi yenə də 5,5 bal olaraq qalır.
Buraxılış imtahanları bu il də iki mərhələdə – 11-ci və 12-ci siniflərdə keçiriləcək. 11-ci sinif şagirdləri dərs ilinin sonunda artıq tədrisini tamamladıqları fənlərdən (fizika, kimya, biologiya, coğrafiya) imtahan verəcəklər. Digər dörd fəndən isə (riyaziyyat, gürcü dili və ədəbiyyatı, xarici dil, tarix) şagirdlər məktəbi bitirdikdə imtahan verəcəklər. 11-ci sinfi bitirdikdə hər hansı bir fəndən imtahan verə bilməyən şagird həmin fəndən 12 sinfi bitirərkən yenidən imtahan verəcək.

Mənbə: on.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register