Marneulidə dəmiryolu keçən ərazidə təhlükəsizlik nişanları yoxdur

RKINGZA

19 yanvar tarixində Marneulidə yaşayış massivindən keçən dəmiryolu xəttində baş vermiş bədbəxt hadisə  nəticəsində 12 yaşlı yeniyetmə məktəbdən evə qayıdarkən həyatını itirmişdi. Bu hadisə ilə bağlı hal-hazırda istintaq gedir , DİN-dən “Marneuli“ radiosuna verilən məlumata görə, CM-nin 275-ci maddəsinin üçüncü hissəsinə əsasən istintaq gedir, maddə insan həyatına son qoyan dəmiryolu nəqliyyatının hərəkətinin təhlükəsizliyi qaydalarının pozulmasını nəzərdə tutur. Bu hadisə hələ də, aktual olduğundan “Marneuli” radiosu olaraq məsələni yenidən işıqlandırmaq qərarına gəldik.

Küçə ilə bədbəxt hadisənin qurbanı olan şagirdin təhsil aldığı 2 saylı ictimai məktəbə doğru getməyə başladıq. Yolboyu yolun sol tərəfindən keçən dəmir yolu xəttində nəinki şagirdlərin, hətta sakinlərin də hərəkət etdiyini müşahidə etdik. Dəmiryolu xəttində oturan belə var idi.

RKINGZA6
Şagirdlərin isə məktəbə getmək üçün 2 yolu var. Onlar ya dəmiryolu xətti ilə ya da ağır tonajlı, yüksək sürətli maşınların hərəkət etdiyi küçə ilə hərəkət etməlidirlər . Onu da qeyd etməliyik ki, küçə boyu piyadaların hərəkət etməyi üçün nə səki, nə də onların qarşıdan qarşıya keçmək üçün istifadə edə biləcəyi eləcə də, təhlükəsizliyini təmin edəcəyi piyada keçidi var. Piyadalar üçün xəbərdaredici nişanlara isə yoldan əlavə dəmiryolu xəttində də rast gəlmək olmur.

Mağalaşvili adına körpüyə yaxınlaşdıqca isə əslində vəziyyətin insan həyatı üçün necə təhlükəli hal aldığının şahidi olduq. Ərazi 2 saylı məktəbə yaxın olduğundan məktəbdən çıxan şagirdlər məhz bu yolu istifadə edərək yolu keçirdilər. Tək şagirdlər deyil, həm də bu ərazidə işləyən və yaşayan sakinlər də ərazidən piyada keçidi kimi istifadə edirlər. Sakinlər körpünün altında yalnız bir yerdə olan xəbardaredici işarəyə məhəl qoymayaraq yene də ərazidə qarşıdan-qarşıya keçirdilər . Söhbət etdiyimiz insanlar təhlükədən xəbərdar olduqlarını, yalnız evlərinə getmək üçün istifadə edə biləcəkləri alternativ yolun daha uzun olduğundan bu yoldan istifadə etdiklərini bildirdilər.

Biz məsələ ilə bağlı Gürcüstan Yol Departamenti ilə əlaqə saxladıq. Onlar bizə bildiridilər ki, əgər bu ərazi onlara məxsusdursa, xəbardaredici nişanların olmaması ilə bağlı məsuliyyəti öz üzərlərinə götürürlər. Lakin ərazi yerli özünüidarətməyə məxsusdursa, yerli özünüidarəetmə problemlə maraqlanmalıdır. Hər iki halda yerli özünüidarəetmə nişanların qoyulması ilə bağlı Yol Departamentinə müraciət etməlidir. Araşdırmamız nəticəsində məlum oldu ki, bu ərazi yerli özünüidarəetməyə məxsusdur. Marneuli Bələdiyyəsinin İqtisadi İnkişaf, Planlaşdırma və Statistika şöbəsinin rəhbəri David Xarşiladze məsələni aydınlaşdırmaq üçün Dəmir Yolu Derpartementi ilə əlaqə saxlayıb. Ona bildiriblər ki, həmin yerdə xəbərdaredici nişan var, ancaq o, bunda əmin olmadığını bildirdi. Xarşiladze vəd verdi ki, məsələ ilə yerində tanış olacaq. Bizdə David Xarşiladzenin dediyi əraziyə yollandıq. D.Mağalaşvili körpüsünün altında hər iki tərəfdən körpünün sutunlarına dəmir məftillə bağlanan yalnız bir nişana rast gəldik. Dəmir yolu xəttində yalnız bir nişanənin kifayət edib etmədiyi haqqında biz D.Xarşiladzedən məlumat əldə edə bilmədik. Çünkü artıq o, bizim zənglərimizə cavab vermirdi. demir youlRKINGZA5 RKINGZA3RKINGZA4

RKINGZA7

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register