“Məktəb direktorları görməlidirlər ki, oxşar faktlar üçün mübarizə aparmağın həqiqətən mənası var”

adreuli kortsineba

Bir neçə gün bundan əvvəl nişanlanan Marneuli sakini 16 yaşlı qız eksternat imtahan vermək istəyir. Məktəb direktoru Ketevan Merabişvili Radioya müsahibəsində bildirir ki, qızın yaşı imtahanı vermək üçün tam uyğundur. Onun akademik iştirakına gəldikdə isə nişanlanandan sonra hər gün dərs prosesində iştirak edirmiş, ancaq 2 gündür ki, dərsə gəlmir.

Sinif rəhbəri onun ailəsinə də gedib. Səbəb olaraq isə onun xəstə olmasını bildiriblər. Qızın nişanlanması işini Marneuli Sosial Xidmət Agentliyi də araşdırır. Direktor şagirdin dərsə gəlməməsi haqqında Marneulu rayon sosial şöbə işcisinə məlumat verib. Ancaq o, məlumat almaq üçün sinif rəhbərinin kompetensiyasını qeyd edib.

16 yaşlı qızın işinə Marneuli Sosial Xidmət gentliyi qoşulub. Teona Sisvadzenin dediyinə görə, qızın ailəsinə gediblər, nişanlanma faktı təsdiqlənib. Oğlanla görüşməyə vəd versələr də görüşə bilməyiblər. Səbəb olaraq isə onun Türkiyədə olmasını qeyd ediblər. Ona görə də onlar indi yalnız oğlanın ad və soyadını bilirlər. Qızın valideynləri isə məlumat vermirlər.

“Qızın valideynləri ilə əlaqə saxladıq. Anası bildirir ki, oğlan Türkiyədədir. Qızı, anasını və gələcək həyat yoldaşını çağırdıq. İkinci günü gəlmədilər və dedilər ki, oğlan burada yoxdur. Nişanlanma faktını təsdiqlədilər. Ancaq bildirirlər ki, qız mütləq 12-ci sinifi bitirəcək və toy mərasimi 3 ildən sonra, həddi-buluğ yaşına çatanda olacaq”.

Sisvadzenin dediyinə görə, 16 yaşlı qızın nişanlanma faktına polisin müdaxiləsini vacib sayıblar və onlara oğlanın ad soyad və təxmini yaşayış ünvanını bildiriblər. Onlar öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərəcəklər. Ona qədər isə Sosial Xidmət Agentliyi polisin cavab məktubunu gözləyir.

Yerli gender mütəxəssisi Nona Samxaradze deyir ki, konkret halda sosial xidmətin aktivləşməsi vacibdir. Psixoloqun qoşulması da önəmlidir. Məktəb direktorları görməlidirlər ki, oxşar faktlar üçün mübarizə etməyin mənası var.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register