Rəyi soruşulanların əksəriyyəti attestat imtahanlarına edilmiş dəyişiklikləri mənfi dəyərləndirir

საატესტაო გამოცდები

Qiymətləndirmə və Milli İmtahanlar Mərkəzinin məlumatına görə 2018-ci ildə buraxılış imtahanları dəyişik formatda keçiriləcək. Şagirdlər indiyə kimi atestat imtahanlarında balla qiymətləndirilirdi, dəyişiklikdən sonra isə belə olmayacaq. Testləşdirmə başa çatanda şagird minimal manedən yəni 5,5 baldan çox ya az bal topladığı haqda mesaj alacaq.

“Mənim üçün elə yaxşı olar ki, uşaq nəsə öyrənsin, nəsə bilsin. Balla qiymətləndirmə olmalıdır. Bir uşaq oxuyur, digəri oxumur. Necə olacaq? Balla qiymətləndirilməlidir”.

Valideynlərdən biri deyir ki, balın olması vacibdir. Onun iki uşağı var və onlar eyni cür oxumurlar və hesab edir ki, qiymətləndirmə bu halda onun üçün önəmlidir.

“Pisdir, çünki bilmirsən neçə bal almısan. Ola bilsin yaxşı oxumayan şagird təsadüfən yüksək bal toplasın. Fikrimcə yaxşı deyil. Məndən yaxşı oxuyan şagirdlər də var. Bir bal az toplasın, keçsin, nə bilim, pisdir”.

Bu il də buraxılış imtahanları iki mərhələ olaraq, 11-ci və 12-ci siniflərdə keçiriləcək. Məzunlar üçün imthanlar kompüterdə adaptasiya olunmuş testləşdirmənin gürcü modeli (Gcat) ilə keçiriləcək.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register