Elene Rusrtskaya -“prosesə vətəndaşların qoşulması da olmalıdır ki, faydalı olsun”

genderi

Bu gün, 16 fevral tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində qadın informasiya mərkəzinin təşəbbüsü ilə Marneuli bələdiyyə məclisində gender şurasının yaradılması haqqında iş görüşü keşirildi.  “Gürcüstan azərbaycanlı gənclər ittifaqı” QHT-nın sədri Leyla Məmmədova hesab edir ki, şurada daha çox etnik azlıq nümayəndəsi olmalıdır.

“Mən bu şuranın yaradılması ilə bağlı fikirlərimi dedim. Ümid edirəm ki bu mənfi aspektləri müzakirə edəcəyik və şuranın tərkibi dəyişəcək. Çünki rayonda əhalinin 80%-i etnik azərbaycanlılardır, həmçinin ruslar, ermənilər, assuriyalılar və başqa xalqlar da var. Burada yalnız siyasi dözümlülük aşkarlanmalı deyil, onu da fikirləşmək lazımdır ki, bu əhali ilə kim işləyəcək”.

İa Esebua Marneuli gender şurasının katibidir və qeyd edir ki, şuranın yaranması çox səs-küyə səbəb olub və onun fikrincə bu yaxşıdır. Belə komanda olaraq daha səmərəli çalışacaqlar.

“Yavaş yavaş görülməli olan, hələlik sadəcə kağız üzərində yazılmış çox işlər aşkara çıxacaq. Mümkündür ki, indi bu üzvlər təsdiq olunub, lakin gələcək üçün yeni üzvlərə də ehtiyacımız var. Misal üçün hal-hazırda PR xidməti əməkdaşına ehtiyacımız var”.

Qadın İnformasiya Mərkəzinin direktoru Elene Rusetskayanın dediyinə görə gender şurasında mülki sektorun olması vacibdir ki, şuranın fəaliyyət göstərməsinin mənası olsun.

“Bu prosesə mütləq mülki sektor da qoşulmalıdır. Çünki burada yaradılacaq sənədlərdə yerli sakinlərin ehtiyacı nəzərə alınmalıdır. Bu insanların gender baxımından ehtiyacını isə  müxtəlif istiqamətlərdə, o cümlədən kəndlərdə çalışan qeyri hökumət təşkilatları yaxşı bilirlər”.

Gender şurası nə zaman fəaliyyətə başlayacaq bu hsələ məlum deyil.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register