Tikintiyə dair ilk pozuntu aşkarlanan, həmçinin, tikintidə dəbilqəsiz çalışan halda cərimə 30 000 lari olacaq

kaxa kaladze

Tikintidə ilk pozuntu aşkarlanan zaman 30 000 lari cərimə olacaq, – bu haqda Tbilisi meri Kaxa Kaladze Parlamentin sədri İrakli Kobaxidze ilə görüşündən sonra bildirib.

Kaxa Kaladzenin dediyinə görə söhbət hər növ pozuntudan gedir, həmçinin dəbilqəsiz çalışmaq da buna daxildir.

Kaladze Parlamentə dəstək üçün təşəkkürünü də bildirib.

“Bu gün hansısa pozuntu olanda ilk halda onlara yalnız sözlə xəbərdarlıq edilirdi. Sonra isə 3 000 larilik cərimə olunurdu və bu cərimə hər pozuntuda artırdı. Planlaşdırılmış dəyişikliklərə görə, ilk halda cərimə 30 000 lari olacaq. Əgər pozuntuya görə tikinti konkret olaraq dayandırılıbsa və buna baxmayaraq kompaniya tikintini davam edirsə cərimə 50 000 lari olacaq. Əgər torpaq sahəsi dövlətə və ya bələdiyyəyə aiddirsə və qeyri-qanuni tikinti gedirsə cərimə 25 000 lari, özəl sahələrdə 20 000 lari olacaq”, – qeyd edib Kaladze.

Mənbə: ipn.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register