Mustafa Emre Çabuk 1000 lari girov qarşılığında azadlığa buraxılıb
19 fevral tarixində Dəmirəl kollecinin keçmiş meneceri və müəllimi Mustafa Emre Çabuku Tbilisi şəhər məhkəməsi 1000 larilik girov qarşılığında azadlığa buraxıb.
Bu qərar demək deyil ki, Gürcüstan Çabukun Türkiyəyə verilməsindən imtina edib. Proses hələ də davam edir.
Dəmirəl adına kollecin meneceri, Türkiyə vətəndaşı Mustafa Emre Çabul 2017-ci ilin 24 mayında saxlanılıb. Dəmirəl kollecinin keçmiş meneceri Mustafa Emre Çabuk deyir ki, o, siyasi məhbus imiş.
Həbs olunana qədər Çabuk 15 ildir ki, Gürcüstanda təhsil işləri ilə məşğul imiş – o, müəllim idi, illər ərzində şagirdlər üçün beynəlxalq və yerli olimpiyadalar təşkil edirdi.
Mənbə: Netgazeti.ge
marneulifm1106 Posts
0 Comments