Bir çox problemləri özündə birləşdirən kənd

girixli

Qırxılı kəndi Marneuliden 27 km məsafədə yerləşir kəndin sakinləri isə 1400 nəfərdi. Kəndə gedəndə sizi ilk qarşılayan ətrafı məişət tulantıları ilə əhatə olunmuş kənd məktəbi olur.

zibil5

zibil6

Sakinlərin dediyinə görə kənd məktəbi istifadəyə verildiyi 1986-ci ildən bu günə qədər ətraflı təmir olunmayıb, həmçinin məktəbə qaz çəkilsədə bu günə qədər onun istilməsi üçün odun sobasından istifadə olunur.

qirxili

Məktəbin yaxınlığında söhbət edən ağsaqqalara yaxınlaşıb kəndin problemləri ilə maraqlanmağa çalışırıq. Onların dediyinə görə, kəndin problemləri çoxdu. Əsas problemlərinin əvvəlində isə sosial problemlər gəlir. İçməli suya ehtiyac, məişət tullantılarının yığılmaması, yollarının asfaltlı olmaması və bu kimi bir çox problemlər. Həmkarımla ağsaqqalları geridə qoyaraq kəndin içərisinə doğru gedirik.

qirxilo

qixil

Maraqlı məqamlardan biri bu olur ki, biz kəndin əsas yolu ilə hərəkət etsəkdə küçə işiqlarına rast gəlmirik. Yolun sonunda orta yaşı çoxdan keçmiş çobanla söhbətdən məlum olur ki, o ehtiyyac içində yaşayır. Yoldaşı ilə becərdikləri istixanadan gələn gəlirlə isə kredit ödəyir və buna görədə hətta evini dam örtüyü ilə örtə bilməyib.

qirxi

O, bizə bir zamanlar tut bağı olmuş lakin indi tək-tük tut ağaclarının qaldığı ərazini göstərir.

qir

qir1

Bağın bəzi yerlərində təzə kəsilmiş agac köklərini aydın görmək olardı.

qir3

qir4

Kənddə yaşayan nənəylə söhbətdən məlum olur ki, onun oğlanları iş üçün Rusiyaya və Azərbaycana gedib o, evdə yolladaşı ilə tək qalıb. Həyat yoldaşı xəstə olduğundan qadın dolanmaq üçün evdə tərəvəz şitili becərib satır.

Sakinlərin dediyindən oda məlum olurki , onlar içməli su ehtiyyaclarını 9-10 metrdən çıxan duzlu və qumlu suyu nasosla çəkərək ödəyirlər.

qir5

Nəqliyyat vasitəsi olanlar 5 km məsafədə olan ərazidən özləri üçün təmiz su gətirə bilirlər olmayanlarsa məcburən bu sudan istifadə edirlər. Onlar həmdə hər dəfə seçkilər vaxtı vədlər verildiyini lakin bu vədlərin hec birinin tutulmadığından və seçkidən sonra hec kimin onlarla maraqlanmamasından şikayətləndilər. Biz demək olar ki, gördüyümüz hər evin həyətində istixana müşahidə etsəkdə sakinlər dolanışıq üçün bunun kifayət etmədiyini banklara kreditlərinin olduğundan və cavanların iş tapmaq ümüdü ilə xarici ölkələrə üz tutduqlarından danışdılar. Həmçinin yağış yağmağa başlayanda kəndin küçələrində palcığa batmadan hərəkət eləməyin mümkünsüzlüyünüdə bizə bildirdilər.

qir6

qir8

qir9

qir7

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register