Məktəb direktoru nişanlanmış şagird haqqında – ” Artıq yoruldum, mübarizənin mənası yox imiş!”

adreuli-kortsineba

Bir neçə həftə bundan əvvəl nişanlanan 16 yaşlı qız bu gün valideynləri ilə birgə məktəbə ərizə təqdim edərək məktəbdən çıxmaq istədiyini bildirib. Direktor Ketevan Merabişvili “Radioya” müsahibəsində qeyd edir ki, qızı məktəbdən çıxarma səbəbini valideyinlər ərizədə qeyd etməyiblər. Ancaq onunla söhbət zamanı qeyd ediblər ki, sosial xidmətə və polisə getməkdən yorulublar. Direktor ərizəni qəbul edib və valideyinlərə düşünmək üçün vaxt verib. Bu haqda yerli sosial xidmətə artıq bildirilib. O, QHT-lə də görüşüb.

Nişanlanma faktında Marneulinin müstəntiqi təhlükə görmür. Merabişvilinin dediyinə görə, müstəntiq onunla qızın yanında söhbət edib və Gürcüstan qanunvericiliyi və məktəb qanunvericiliyini incələmiyini xahiş edib.

“Müstəntiq mənə zəng edəndə dedi ki, bu Gürcüstan qanunvericiliyidir. 16 yaşlı qızın heç bir günahı yoxdur o, valideynlərinin icazəsi ilə nişanlanıb. Sənin məktəbdə başqa qanunvericliyin varsa bilmirəm, qız özü razıdır”.

Ketevan Merabişvili deyir ki, nişanlanma faktına direktor kompetensiyası çərçivəsində müdaxilə edir. Müstəntiqin dediklərini ona görə mənfi olaraq dəyərləndirir ki, söhbət qızın yanında baş verib və onun dediklərindən belə nəticə çıxır ki, direktor yanlışdır.

“Artıq yoruldum. Mübarizənin heç bir mənası yox imiş!” – deyə məktəb direktoru bildirib.

“Marneuli” Radisou

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register