Qırıxlı kəndində zibillə dolu küçələrin təmizlənməsi planlaşdırılmır

Marneuli şəhərindən 27 km uzaqda yerləşən Qırxılı (Kirikhlo) kəndinin əsas problemləri icməli su və məişət tulantıları problemidi.
Kəndə daxil olanda artıq hər tərəfə səpələnmiş məişət tulantılarını görmək olar.
Ən anti-sanitar vəziyyəti isə kənd məktəbinin ətrafında müşayiət etdik.
Məsələ ilə bağlı “Təmiz Marneuli” nin rəhbəri Leri Mumladze ilə əlaqə saxladıq.
“Təmizləməyin mənası yoxdur. Təmizləyəndə gərək xidmət də göstərəsən. Bu ilin büdcəsində bu nəzərdə tutulmayıb. Hər hansı bir layihə gözləyirlər. Yeni zibillik yaradılması 100 faizlik xidmət tələb edir. Buna Avropa İttifaqı da qoşulub. Hansısa vəsait axtarışı davam edir. Hər yerdə mütləq zibil qabları qoyulacaq, hər yerdə xidmət göstəriləcək”.
İcməli su probleminə gəldikdə isə kəndlilərin dediyinə görə su turbaları qurlaşdırılsada kəndə icməli su verilimir. Kəndlilər icməli su ehtiyacını öz həyətləridə 9-10 metrədən çıxan duzlu və qumlu sudan qarşılayırlar.
Sakinlərin dediyinə görə, bu suyun kefiyyəti isə cox aşağıdı və bu suya görə səhətlərində problem yaşayırlar.
“Kənd Su” MMC-nin rəhbər vəzifəsin icra edən Alexsi Mamukashvili bildirdi ki, onlar “Rustavi Su” MMC ilə bu haqda danışıqlar aparırlar və bu kəndlə birlikdə 12 kəndə su veriləcək.
“Rustavidən yeni xətt çəkilib. Orada Rustavi nasos stansiyası var. Hal-hazırda Rustavi ilə məhz bu barədə danışıqlar aparılır. Yalnız Qırıxlı deyil, ondan əlavə 12 kənd də içməli suyu bu xəttən alır. Bu su borusu təhvil verilməlidir. Bərpa işləri həyata keçirilən kəndlərdə su sayğacları quraşdırılması planlaşdırılır. Əvvəl ailədə adam sayına görə idi. Bələdiyyə bərpa işlərini həyata keçirdikdən sonra hər yerdə su sayğacları quraşdırılacaq”.
Qırıxlı kəndi ilə bağlı sujetimiz davam edəcək.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments