Badəmcik vəzilərinin  əməliyyatı 12 yaşlı xəstənin ölümü ilə bitib

hart

Keçən ilin noyabr ayında Marneulinin Kürtlər kənd sakini 12 yaşlı Mahal Hüryanovun badəmcik vəzilərinin  əməliyyat etdirilməsinə qərar veriblər. 2016-cı ildə Tibbi Tənzimləmə Agentliyinin göstəricilərinə əsasən 30 noyabr tarixində “Marneuli Tibbi Mərkəz” adlandırılan “Adika” MMC, Marneulidə 26 May küçəsində, keçmiş Marneuli Mərkəzi Xəstəxanasının üçüncü mərtəbəsində yerləşir. Mahal Hüryanovun atasının bizimlə söhbəti zamanı dediyinə görə, uşaq tam sağlam imiş. Əməliyyata qədər bütün müayinələrdən keçib. Ancaq əməliyyat zamanı onun iki dəfə ürəyi dayanıb. Nəticədə 12 yaşlı yeniyetmə komaya düşüb. Ata xatırlayır ki, klinikanın həkimləri izah ediblər ki, narahat olacaq heç nə baş verməyib və hər şey yaxşı olacaq.

“Klinikada aldatdılar. Uşağı iki gün klinikada saxladılar, dedilər ki, hər şey yaxşı olacaq. Bundan başqa bu iki gün üçün 3000 lari ödəməyimi tələb etdilər. sonra gec də olsa Tsitsişvili klinikasına apardılar. Orada da yaxşı baxmırdılar. Sağlam uşaq belə oldu. Ya narkozun dozası artıq vurulub, ya da infeksiya keçib”.

“Adika” MMC İctimai Reestrin göstəricilərinə əsasən 2007-ci ildə fərdi istehsalçıya, yeganə sahibkar Xatuna Parastaevaya qeydiyyat olunub.

Jurnalistləri görən  klinika administrasiyası onları aqressiya ilə qarşılayıb. Özlərinin izah etdiyinə görə, məlum olub ki, klinikanın direktoru yoxdur və həkimlər yalnız lazım olan halda gəlirlər.

12 yaşlı xəstənin əməliyyat bitdikdən sonra niyə ürəyi dayanıb sualına dair izahat vermirlər. Klinikada aqressiv administratordan tələblə baş həkim və ya klinikanın direktoru ilə əlaqə yaratmağı istəyirik. Yalnız bundan sonra bizi klinikanın həkimi Eka Kosariaşviliyə ünvanlandırdılar. Onun izahatına görə 30 noyabrda əməliyyat zamanı təsadüfən klinikada olub:

“Ordada həmçinin 2 dəfə ürək dayanıb sonradan ürək işləyib. Təssüf ki, bir çox hallarda ürək işləməyəndə beyin oksigenə ac qalır və beyin hüceyrələri ölür. Hər şey edilmişdi ki, ürək işləsin və bir ay sonra isə xəstə vəfat etdi”.

Yeniyetmənin atasının sözlərinə görə övladını koma vəziyyətində Marneuli klinikasında iki gün saxlayıblar. Bu zaman valideynləri başqa həkimlərə müraciət ediblər. Amma klinikadan onlara sənədləri aparmağa izin verməyiblər. İki gündən sonra isə klinikada qərar qəbul ediblər ki, yeniyetməni Cicişvili klinikasına reanimasiyaya keçirsinlər. Orada yeniyetmə 38-ci gün komadan çıxa bilməyib və dünyasını dəyişib.

Valideynlərin sözlərinə görə, “Adika” MMC-nin rəhbərliyi onların övladının dünyasını dəyişəcəyi halda kompensasiya ödəyəcəklərinə dair vəd veriblər. Ancaq bu  günə qədər onunla heç kim əlaqə saxlamayıb.

Gürcüstanın Əmək, Sağlamlıq və Sosial Müdafiə nazirliyində bu fakta dair hələ nəticə çıxarılmayıb. Ekspertizanın nəticəsindən sonra həkim anestezoloqun və cərahın məsuliyyətə cəlb olunub olunmamasına dair qərar veriləcək. İndiki mərhələdə hər iki tibb işcisi və həmçinin, Marneulidə yerləşən “Adika” MMC fəaliyyətinə  davam edir.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register