Tbilisinin 56 saylı uşaq bağçasının yetirməsi, güman ki, çiçək xəstəliyinin ağırlaşmış formasından dünyasını dəyişib

Paata İmnadze

Tbilisi 56 saylı uşaq bağçasının yetirməsi, güman ki, çiçək xəstəliyinin ağırlaşmış formasından dünyasını dəyişib. Bağçada tədris prosesi müvəqqəti olaraq dayandırılıb və dezinfeksiya işləri aparılıb.

İPN-ə Xəstəliklərin Nəzarəti və Milli İctimai Sağlamlıq Mərkəzinin Baş direktorunun müavini Paata İmnadze bildirib ki, bu il çiçək xəstəliyi “adi haldan artıq dərəcədə çoxalıb, ancaq nadir haldır ki, bu xəstəlik patalogiya ilə başa çatsın”.

“Qızılca vəziyyətinə dair indi Acarıstanda yüksək epidemiya var. Gürcüstanın digər sahələrində də artır. Qızılcanı idarə etmək asandır – əgər peyvənd olarsa qızılca aradan qalxır. Təəssüf ki, çiçək xəstəliyi idarə olunmaz infeksiyadır. Ağır hallar və patalogiya ilə bitməsi nadir olur”, – bildirib Paata İmnadze.

Onun məlumatına görə, Gürcüstanda hər il çiçək xəstəliyinin 8-10 min halı qeydə alınır.

Mənbə: ipn.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register