Kaxa Kaladze – “112”-nin yeni proqramı bizə daha operativ və daha faydalı olmaq imkanı verəcək

kaxa kaladze

Təcili tibbi briqadalara imkan verilib ki, xüsusi cihazları olsun və onun vasitəsilə onlayn rejimdə məlumat alsınlar – haraya, hansı ünvana getməli və insanlara kömək etməlidirlər – bu haqda Tbilisi meri Kaxa Kaladze 112-nin yeni proqramının təqdimatında bildirib.

Onun izahatına görə, yeni proqram daha operativ və daha faydalı olmaq imkanı yaradacaq.

Daxili İşlər Naziri Giorgi Gaxaria və Tbilisinin meri Kaxa Kaladze yeni layihə təqdim ediblər. Layihə Daxili İşlər nazirliyinin təcili yardım operativ idarəsi mərkəzində, patrul polisi və təcili yardım briqadaları üçün proqram təminatının əsasının qoyulmasını nəzərdə tutur.

Daxili İşlər nazirliyinin məlumatına görə, qeyd olunan proqram vasitəsilə, Tbilisinin təcili yardım xidməti mərkəzinin koordinasiyası ilə 112-yə mesaj daxil olan kimi, operator elektron ünsiyyət yolu ilə Tbilisi təcili yardım briqadalarına və patrul-müfəttişlərə ətraflı məlumat verə biləcək.

Mənbə: ipn.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register