Həvəskar futbolçular arasında kubok yarışı keçiriləcək

FUTBOL

Futbol həvəskarlarının diqqətinə – “Həvəskar kuboku 2018” layihəsi çərçivəsində, bələdiyyə yarışları başlayır. Əgər yaşınız 16-dan çoxdursa, özünüz kimi futbolu sevən dostlarınız varsa 5 mart tarixinə qədər ərizəni doldura bilərsiniz və üç mərhələ olaraq futbol oynaya bilərsiniz – bələdiyyə, regional və final səviyyəsi. Marneulidə bu yarışın təşkil edilməsinə Marneuli meriyasının təhsil, mədəniyyət, idman və gənclər şöbəsi qoşulub. Ərizəni meriyadan almaq olar. Bu haqqında şöbənin rəhbəri Betkil Naveriani danışdı.

“Minimum 20, maksimum 30 nəfərdən ibarət ərizə doldurulmalıdır. Yaş məhdudiyyəti də var, 16 yaşdan yuxarı olmalıdır. Ərizəyə peşəkar futbolçunun daxil edilməsi yolverilməzdir. Ərizələri toplayıb federasiyaya göndəririk. Təxminən mart ayının ortalarında həvəskarlar kuboku yarışı bbaşlayacaq”.

İdman layihəsi Gürcüstan Futbol Federasiyası və Gürcü Futbolunun İnkişafı Fondunun birgə əməkdaşlığı ilə bütün ölkə miqyasında həyata keçirilir.

Çempionatın məqsədlərinə futbolun kütləvi inkişafı, bütün ölkə miqyasında həvəskar futbol liqasının yaradılması, sağlam həyat tərzinin  əsasının qoyulması və cəmiyyətdə populyarlaşdırılması, bacarıqlı gənc futbolçuların kəşf olunması, idman infrastrukturunun bərpası, veteran futbolçuların futbola qaytarılması, ilkin məşqçilərin və idmançıların peşəkar inkişafına dəstək olmaq, beynəlxalq turnirlərdə və UEFA REGİONS’CUP-da iştirak edəcək Gürcüstan həvəskar futbolçuların milli yığmasının yaradılması daxildir.

Müraciət etmək üçün ərizəni buradan da yükləyə bilərsiz.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register