Marneuliyə yeni kənd “İverioni” əlavə oluna bilər

yeni kend18

Marneulidə Şulaveri ərazi birliyinə daxil olan, əsasən istirahət evlərinin yerləşdiyi məntəqə İverioni adlandırıla bilər.

Kənd uzun illərdir ki, mövcuddur.

yeni kend19

Kəndin ilk sakini Neli Devidze 1980-ci ildə orada məskunlaşıb. O, müəyyən torpaq sahəsini işdən şəxsi mülkü olaraq əldə edib.

Onun bizimlə söhbətində bildirdiyinə görə, torpaq sahəsini bir neçə əməkdaşa püşkatma ilə bölüblər. Neli yerini bəyənirdi və şəxsi ixtisasından dolayı qərar verib ki, tikintiyə başlasın.

O, ixtisasca inşaatçıdır  və evi tikməyi köməkçilərlər birgə öz üzərinə götürür. Valideynləri heç bilmirmişlər ki, o, Şulaveridə  ev tikintisinə başlayıb.

“Mən burada tikinti başlayandan məskunlaşmışam. Zirzəmi üçün konstruksiyaları gətirdim və tikintiyə başladım. Elə edirdim ki, ailəm də bilmirdi. Gizlincə kərpicləri gətirirdim. Bura oş sahə idi. Bir ildə bağ yaratdıq, yaşıllaşdırdıq, su, işıq çəkdik”.  

Artıq 23 ildir ki, evdə tək yaşayır və çətinliklərlə tək mübarizə aparır.

sofeli

Kənd əhalisi əsasən 90-cı illərdə kənddə məskunlaşdırılan acarlardır. Bəziləri isə daçaları məntəqəsində tanınmış yerlərdə sığıanacaq tapıblar. Deyirlər ki, onların problemləri ilə heç kim maraqlanmır. Özləri də zibil qutuları, bayır işıqlandırması və başqa problemlər haqqında təşəbbüs irəli sürüblər. Ancaq onların kənd statusu olmadığına görə kömək edə bilmirlərmiş.

yeni kend11

“Deyirlər ki, kəndinizə ad verilməsə, Marneuli bələdiyyəsinə aid deyilsəniz, sizin kəndə heç nə olmayacaq. Nə işıq, nə də başqa bir şey. Baxaq görək işıq çəkiləcəkmi, zibil qutuları qoyulacaqmı”.

Kənd əhalisinin bir hissəsi qeyd edir ki, kəndə “İverioni” adını verəcəklərini bilmirlərmiş. Marneuli meriyasından bildirirlər ki, adın verilməsi əhalinin təşəbbüsü ilə olub. Marneuli bələdiyyə məclisinin hüquqşenası Beso Nijaradze radioya müsahibəsində deyir ki, təşəbbüsün müzakirəsi hüquqi olaraq özünüidarəetmə qanununa əsasən olub. Nəticədə müzakirə üçün hökimətin müvafiq komissiyasına göndərilib. Proses isə hələ bitməyib.

“Bu məsələ ilə bağlı hüquqi tənzimləmələr davam edir. Hakimiyyət tərəfindən bu məsələ ilə bağlı yekun akt qəbul olunmayıb. Bunun formalaşdırılmasını və müəyyənləşdirilməsini hakimiyyətin müvafiq komissiyası həyata keçirir. Buradan da irəli gələrək, yekun qərar hakimiyyət tərəfindən, müvafiq komissiya tərəfindən qəbul edilir. Bundan sonra nümayəndəli orqan tərəfindən normativ aktlar dərc olunur. Bununla belə təqdim olunmuş inzibati materiallar, bu məsələ ilə bağlı digər sənədlər ilə hakimiyyət tərəfindən artıq razılıq var. Lakin bu razılıq təkbaşına kifayət deyil, müvafiq aktın qəbul olunması da lazımdır”.

Nijaradzenin sözlərinə görə, prosesin bitməsi üçün normativ aktın əldə olunmasını gözləyirlər.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register