Mixeil Çxenkeli – avtorizasiyası dayandırılmış universitetlərin tələbələrinin istədikləri halda avtorizasiyası olan, yüksək keyfiyyətli universitetlərə keçmək imkanı olacaq

Mixeil Çxenkeli

Avtorizasiyası dayandırılmış universitet tələbələrinin mobilləşmə imkanı olacaq. Bu haqda Təhsil və Elm naziri Mixeil Çxenkeli bu gün baş tutan brifinqdə bildirib.

“Təhsil və elm nazirliyi əsasən təhsilin keyfiyyətinin qayğısına qalır. Bir neçə universitetin avtorizasiyası məhz keyfiyyət səviyyəsinə görə dayandırılıb. Buna görə də ilk növbədə avtorizasiyası dayandırılmış universitetlərin tələbələrinə müraciət edirəm: Mən insan olaraq çox yaxşı başa düşürəm ki, bu vəziyyət onlar üçün çox çətindir. Ancaq bütün tələbələri inandırmaq istəyirəm ki, onlardan heç biri ali təhsildən kənar qalmayacaq. Onlar üçün xüsusi olaraq mobilləşmə prosesi elan olunacaq və onların imkanı olacaq ki, istədikləri halda avtorizasiyadan keçmiş universitetə keçsinlər. Bizim nazirlik və milli mərkəz maksimum dərəcədə çalışırıq ki, onlara bu prosesdə kömək edək” – bildirib Çxenkeli.

Mənbə: ipn.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register