Qiorqi Kvirikaşvili – vergi dəyişiklikləri 120 mindən çox sahibkar, fiziki şəxslərə aid olacaq

31georgia-web-master675

“Vacibdir ki, qısa müddətdə hamı vergi dəyişikliyinin verdiyi bu böyük imkan haqda bilsin”, – bu haqda Baş-Nazir Giorgi Kvirikaşvili bugünkü hökumət iclasında bildirib.

O, qeyd edib ki, hökumətin keçən iclasında elan edilmiş vergi məcəlləsinə daxil olacaq dəyişikliklər  hökumətin bugünkü iclasında artıq təqdim olunub.

“Xatırladaq ki, biz geniş miqyaslı islahatlardan birinə başlayırıq və bu maliyyə nazirinin çox yaxşı təşəbbüslərindən biridir. Bu qanunvericilik paketi 120 000-dən artıq sahibkar olan fiziki şəxsə aid olacaq. Faizin 5 dəfə – 5%-dən 1%-ə qədər azaldılmasından söhbət gedir və bu 500 000 lariyə qədər dövriyyəsi olan şirkətləri əhatə edəcək. Çox geniş miqyaslı dəyişiklikdir. Bu çox vacib vergi liberalizasiyasıdır. Dəyişiklik onunla vacibdir ki, ilk mərhələni biz gəlir vergisini ləğv etməklə həyata keçirdik. Bu əsasən böyük və orta sahibkarlara aid idi. Bu dəyişikliklər isə konkret olaraq kiçik sahibkarlara aiddir və birbaşa onların sosial vəziyyəti ilə əlaqədardır”, – bildirib Kvirikaşvili.

Mənbə: ipn.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register