Marneuli meriyasının Nəzarət Xidməti beşinci mərtəbədən atılan zibilləri qeydə ala bilmir
“Qara arx “ adlanan su kanalının Marneuli şəhəri Konstantin Qamsaxurdiya küçəsi ərazisindən keçən hissəsində anti-sanitariya müşahidə olunur. Su kanalının ətrafına səpilmiş eləcədə kanalin daxilində üzən məişət tullantılarını aydın görmək olur. Ehtimal etmək olar ki, su kanalın ərazisinə atılan məişət tullantıları bu əraziyə yaxın yerləşən 5 mərtəbəli binaların sakinləri tərəfindən atılır. Son 3 gündə su kanalına verilən əlavə su kanalın ərazisindən məişət tullantılarını yuyub aparsada hələdə vəziyyət anti-sanitar olaraq qalır.
Qeyd etmək lazımdı ki, su kanalının keçdiyi ərazisində yaşayan sakin eləcə də fəal vətəndaş olan Səbinə Talıbova bu ərazinin təmizlənməsi üçün hazırladığı lahiyyə 2016-ci ildə “Vətəndaş Büdcəsi Lahiyyəsi” çərçivəsində qalib gəlsədə sonradan lahiyyə maliyələşməyib.
Səbinə Talıbova onuda əlavə etdi ki, məişət tullantılarının atılmaması üçün bələdiyyə cərimələmə mexanizimindəndə istifadə edə bilər.
Biz bu ərazidə yaşayan sakinlər arasında məişət tulantılarını hara atdıqları barədə sorğu apardıq.
Sonda onuda qeyd edək ki, bu ərazi yarım il əvvəl “Gürcüstan Meliorasiya” MMC tərəfindən təmizlənib.
Həmçinin 2017-ci ilin 1 yanvarından Marneuli Bələdiyyə Məclisinin qərarı ilə bələdiyyənin nəzarət xidmətinə tullantıları zibil qutusundan kənara atdığına görə əhalinin cərimələnməsi tapşırığı verilib.
“Marneuli” Radiosu məhz bu məsələ haqqında 14 iyulda sujet hazırlamışdı. Sujetdə nəzarət xidmətinin rəhbəri bildirirdi ki, cərimələrin yazılması öhdəliyindən 6 ay ərzində heç kim cərimələnməyib. Səbəbi isə belə izah edirdi ki, onların xidmətinin nümayəndələri tullantıları atma faktını qeydə almayıblar.
İndiyə kimi nəzarət xidməti kimisə tullantıların atılması faktına dair cərimələyib ya yox, hansı sanksiyalar var – bununla bağlı biz nəzarət xidmətinin rəhbəri ilə əlaqə saxladıq. O, hələ də vaxtı olmadığına görə cavab verməkdə çətinlik çəkir.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments