Marneulidə su sayğaclarının quraşdırılması mərhələli şəkildə planlaşdırılır

wyalmzomi

Marneulidə su sayğaclarının quraşdırılması mərhələli şəkildə planlaşdırılır. Marneuli “Su Kənd” MMC-nin direktoru vəzifəsini icarə edən Aleksi Mamukaşvili “Marneuli”  Radiosuna müsahibəsində izah edir ki, əhalinin əsas hissəsi məbləği adam sayına görə ödəyirdi.

İndi isə ailənin sayğacı olacaq. Onun sözlərinə görə, “Su Kənd” MMC-in  xidmət göstərdiyi kəndlər demək olar ki, 70% sayğacla təmin olunub. Yeni sayğacların qurlaşdırılması əsasən kəndlərdə yenidənqurma işləri gedən zaman olacaq.

“Hər yerdə su sayğaclarının quraşdırılması planlaşdırılır. Əvvəllər sayğac yox idi, ailədə adam sayına görə yığılırdı. İndi hər yerdə sayğaclar olacaq. Quraşdırmağa başlamışıq artıq. Bələdiyyə bərpa işlərini həyata keçirdikdən sonra hər yerdə su sayğacları quraşdırılacaq. Misal üçün, bu il təxminən min ədəd sayğac quraşdıracağıq. Bizim su ilə təmin etdiyimiz kəndlərdə demək olar ki, 70 faiz sayğac quraşdırılıb. Elə kəndlər də var ki, orada bərpa işlərinin aparılmasına ehtiyac var. bundan sonra isə sayğaclar quraşdırılacaq”.

Marneuli “Su Kənd” MMC hal-hazırda 34 kəndə xidmət göstərir.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register