Marneulidə dövlət mülkü olan torpaq sahələrinə qanunsuz olaraq sahibləndiyinə görə iki nəfər həbs olunub

img

Gürcüstanın Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşları, aparılan operativ – araşdırma tədbirləri və istintaq fəaliyyəti nəticəsində qanunsuz mülkiyyət məqsədi ilə böyük miqdarda dövlət mülkünə aldatmaqla sahiblənmə faktına əsasən iki nəfəri həbs ediblər. Məlumat Gürcüstanın Maliyyə nazirliyinin İstintaq Xidmətinin veb-səhifəsində yayımlanıb.

Bəyənatda yazılıb ki, ittiham olunan şəxslər Marneuli Bələdiyyəsi ərazisində yerləşən dövlət mülkündə olan, bazar qiyməti ümumilikdə 94 000 larini təşkil edən, 2000 m2 və 3000 m2 sahə torpaq sahələrinə saxta sənədlərdən istifadə edərək, aldatmaqla sahibləniblər.

İstintaq gedən zaman, itihham olunan şəxslərin biri tərəfindən dəyən zərər 36 000 lari dəyərində məbləğ tamamən ödənilib.

İşlə bağlı Gürcüstan CM-nin 180-ci maddəsinin üçüncü hissəsi ilə istintaq davam edir. Maddə cəza olaraq 6-dan 9-ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.

İndiki mərhələdə qeyd olunan cinayətdə iştirak edən digər şəxslərin aşkarlanması məqsədi ilə, müvafiq operativ – araşdırma tədbirləri aparılır.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register