Mixail Saakaşviliyə 2021-ci ilə qədər Ukraynaya daxil olmaq qadağan olunub

Ukrayna dövlət sərhəd xidməti Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşviliyə Ukraynaya daxil olmağa 2021-ci ilə qədər qadağa qoyub, – bu haqda “Ria Novosti” xəbər agentliyinə Saakaşvilinin vəkili Ruslan Çernolutski məlumat verib.
“Ukrayna ərazisinə daxil olmaq 2021-ci ilə qədər Mixail Saakaşviliyə qadağan olunmaq qərarı verilib”, – qeyd edib Çernolutski. Onun sözlərinə görə, Mixail Saakaşvilinin müdafiə tərəfi bu növ qərarları qeyri-qanuni hesab edir və şikayət edəcəklərini bildiriblər.
Mənbə: ipn.ge
Amil Məmmədov2286 Posts
0 Comments