Tbilisi merinin müavini – kitabxanaçılar testləşdirmədən keçməli olacaqlar
Tbilisi merinin müavini Sopio Xundzaria paytaxtda olan kitabxanaların rəhbərləri ilə görüşüb. Xundzaria görüşün başlanğıcında qeyd edib ki, kitabxanaların modernləşdirilməsi planlaşdırılır ləğv olunması deyil.
“Kitabxana bu gün Mədəniyyət Nazirliyinin nəzdnindədir və onu Tbilisi meriyası maliyyələşdirir. İkinci məsələ budur ki, 36 kitabxanadan 30-u infrastruktur baxımından çox ağır vəziyyətdədir. Kitab fondu və kitabların saxlanılması problemi var. Əlbəttə maaşların az olması da problemdir. Hesab edirik ki, onların maaşları azdır. Sistemi idarə etmək üçün bəzi addımlar atmalıyıq ki, yeni növ kitabxanalar olsun. 21-ci əsrdir və cavab verməli olduğumuz yeniliklər var”, – bildirib Xundzaria.
Mənbə: ipn.ge
Amil Məmmədov2286 Posts
0 Comments