Zooparkı görmək üçün 10 yaşlı uşaq Xaşuridən Tbilisiyə qaçıb
Patrul ekipajı Tbilisidə itən uşağı tapıb. DİN-dən bildirirlər ki, uşaq zooparkı görməyi arzulayırmış və Xaşuridən valideynlərdindən xəbərsiz heyvanlara baxmaq üçün qaçıb.
“Uşaq sakit otururdu və səsini çıxarmırdı. Sonradan danışdı və dedi ki, Tbilisini və zooparkı görmək istəyir. Heyvanları sevirmiş. Artıq çox gec idi və zooparka apara bilmədik”, – bildiriblər DİN-dən.
Polis uşağın atası ilə əlaqə saxlayıb. Onlar tez zaman Tbilisiyə gəliblər. O, polislə söhbəti zamanı qeyd edib ki, uşaq indiyə kimi heç vaxt Xaşuridən çıxmayıb və bilmirlər bunu necə edib.
Mənbə: netgazet.ge
Amil Məmmədov2286 Posts
0 Comments