Marneulinin səkkiz kəndinin yol bərpa işləri üçün 2 430 959 lari dəyərində tender elan olunub

tender gza

Meriya Marneuli kəndlərində yolların bərpa işi üçün tender elan edib:

Marneuli bələdiyyəsinin Algeti kənd (II  mərhələ) yollarının bərpa işləri. Bu tenderin təxmini dəyəri

309`413.00 GEL-dir

 

Tələbə əsasən 13 mart tarixində tender başa çatacaq.

54.9% ayrılan məbləğlər dövlət büdcəsindən  və 45.1% isə yerli özünüidarəetmə büdcəsindən ayrılıb.

ალგეტი გზების სურათები

Marneuli bələdiyyəsinin Şaumiani kənd yollarının (II mərhələ) bərpa işləri üçün də tender elan olunub.

Tenderin başlanğıc dəyəri 409`907.00 GEL-dir

Bu tenderin maliyyələşdirilməsi də 45.1%- yerli özünüidarəetmə büdcəsindən  54.9%- dövlət büdcəsindən ayrılıb.

Təkliflərin qəbulu 2018-ci ilin 12 aprelində başa çatacaq.

Marneuli bələdiyyəsinin BaydarKürtlər kənd yollarının bərpa işləri.

Tenderin başlanğıc məbləği 475`164.00 GEL-dir

Bu tenderin maliyyələşdirilməsi də 74.9%- dövlət büdcəsindən

25.1% – yerli özünüidarəetmənin vahid büdcəsindən ayrılıb.

Marneuli bələdiyyəsinin XancığazlıQaçağan kənd yollarının (II mərhələ) bərpa işləri.

Tenderin təxmini dəyəri 519`265.00 GEL-dir

Tender büdcəsinin 54.9%  – dövlət büdcəsindən

45.1% yerli özünüidarəetmənin vahid büdcəsindən ayrılıb.

Marneuli bələdiyyəsinin Lejbəddin və Muğanlı kəndlərinin daxili yollarının bərpa işləri

Tenderin təxmini dəyəri 717`210.00 GEL-dir

Təkliflərin qəbul müddəti 12 mart 2018-ci ilə qədərdir.

Tender büdcəsinin 54.9%  – dövlət büdcəsindən

45.1% yerli özünüidarəetmənin vahid büdcəsindən ayrılıb.

Müqavilənin bağlanmasından 90 gün müddətində qalib şirkət işlərə başlamaq məcburiyyətindədir.

Tender şərtlərində eləcə də yerinə yetiriləcək işin qrant müddəti də qeyd olunub. Zəmanət müddəti aiddir – işlərin təhvil verilməsindən 5 (beş) il. Bu zaman ərzində, alıcının yazılı tələbindən maksimum 30 (otuz) təqvim günü müddətində,  işləri yerinə yetirən tərəf, görülmüş işdə olan bütün səhvləri və ya çatışmamazlıqları aradan qaldırmaq məcburiyyətindədir.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register