Şəffaflıq: “Düşünürük ki, bütün bələdiyyələr hökumətin oxşar sərəncamını qəbul etməlidir”

gamchirvaloba

Gürcüstan hökuməti ictimai məlumatın praktiki yayımlanması haqqında sərəncam qəbul edib. Həmin sərəncamı digər bələdiyyələrdə də qəbul etməyə başlayıblar. Arçil Todua “ Şəffaflıq Gürcüstan “ təşkilatının Zuqdidi ofisinin koordinatorudur və qeyd edir ki, bələdiyyədə monitorinq həyata keçirməyə başlayıblar.

Hələlik İmereti və Sameqrelo-Zemo Svanetidə və Acarıstanda araşdırma aparırlar. Onun sözlərinə görə bələdiyyələrin çoxu sərəncamı qəbul edibmiş ancaq fərdi halda qərarlar hökümət tərəfindən qəbul edilən sərəncamlara uyğun deyilmiş.

“Hökumət çox yaxşı praktiki sənədi qəbul edib. Yaxşı olar ki, bələdiyyələr də bunu qəbul etsin. Bizim bələdiyyədə sərəncam var ancaq veb-səhifədə yayımlanana uyğun gəlmir. Bəzi məlumat siyahıları var ki, yayımlanmır. Onun yenilənməsi nadir hallarda olur. Yerli özünüidarəetmə əhaliyə ən yaxın olan orqandır. Görüşlər keçirilir, büdcə müzakirə olunur və bunların hamısı veb-səhifədə yerləşdirilməlidir”.

Marneuli meriyasının konkret olaraq Gürcüstan hökuməti tərəfindən qəbul edilən ictimai məlumatın praktiki yayımlanması qaydası sərəncamı yoxdur, ancaq bələdiyyə məclisinin rəhbəri Nino Beridze deyir ki, onlar yerli özünüidarəetmə məcəlləsi ilə hərəkət edirlər. Məcəllənin başlıqlarından biri isə məhz ictimai məlumatın praktiki yayımlanmasından ibarətdir.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register