Rustavidə hamilə həyat yoldaşını döyən şəxs həbs olunub

heps

Bu gün, 23 fevral tarixində Rustavi rayon məhkəməsi hamilə həyat yoldaşını döydüyünə görə, CM-nin 126-cı  maddəsinin 2-ci hissəsinin a aşağıbəndi ilə ittiham edib. İttiham olunan şəxsə cəza olaraq 2 il azadlıqdan məhrum edilmə verilib. Məhkəmənin məlumatına görə, prosesdə təqdim olunan sübutlarla təsdiqlənib ki, 2017-ci ilin 22 dekabrında səhər saatlarında Rustavidə E.M. məişət məsələləri üstündə mübahisə zamanı, hamilə yoldaşını boğmağa cəhd edib və fiziki təhqir edib. Nəticədə zərərçəkən zədə alıb və fiziki ağrılar keçirib.

Hüquq mühafizəçiləri həmin şəxsi hadisədən bir neçə saat sonra Rustavidə saxlayıblar. O, CM-nin 126 cı maddəsi, ailədə bir nəfərə zədə vurmaq, zorakılıq törətmək və nəticədə fiziki ağrının yaranması, hamilə qadına qarşı törəfilən cinayəti nəzərdə tutur.

Mənbə: netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register