Mustafa Emre Çabuk xüsusi mühafizə proqramına qoşulmağı tələb edir

Mustafa Emre Çabukun vəkilləri pedaqoqun mühafisəzi üçün xüsusi proqrama qoşulmasını tələb edirlər. Müvafiq bəyənatı hüquq mühafizəçiləri prokurorluğa bu gün təqdim ediblər. Onlar Çabukun qaçırılması və həyati təhlükəsini nəzərə aldıqlarını qeyd ediblər.
“Azadlığa çıxdıqdan sonra yenidən sosial şəbəkələrdə qeydlər yayıldı və düşündük ki, onun həyati təhlükəsi var. Bundan dolayı tələb edirik ki, Mustafa Emre Çabuk və ailə üzvləri xüsusi mühafizə proqramına qoşulsunlar” – bildirib vəkil Soso Barataşvili.
Mənbə: netgazeti.ge
Amil Məmmədov2286 Posts
0 Comments