Körpünün alt hissəsi sakinlərin ərizələri əsasında işıqlandırılacaq

5

Mağalaşvili körpüsünün altında işiqlandırma olmadığından gecələr burda vəziyyət təhlükəli hal alır. Ərazidə sahibsiz itlərin olması vəziyyət daha da ağırlaşdırır. Bir neçə dəfə burda it dişləməsi faktı qeydə alınmışdı. Hətta 9 yanvar tarixində körpünün altında axşam saatlarında çaqqal Marneuli sakininə hücum edərək dişləmişdi.

Biz bu ərazidə sakinlər arasında gecə işiqlandırılması ilə bağlı sorğu apardıq. Sorğuda iştirak edən insanlar işiqlandırmanın vacib olduğunu və qaranlıqda hərəkət etməyin təhlükəli olduğunu bildirdilər.

Marneuli meryasının İnfrostrukturun İnkişafı, Arxitektura və Tikinti Xidmətinin rəhbəri Leri Panqani “Marneuli” Radioyosuna müsahibəsində özü də təsdiq edir ki, Mağalaşvili körpüsünün altından keçmək xüsusən axşam saatlarında təhlükəlidir.

O, öz səlahiyyəti çərçivəsində nə etmək lazımdısa etməyə hazır oduğunu bildirdi və eləcə də əhalini  yazılı şəkildə Marneuli meriyasına müraciət etməyə çağırır ki, tələbləri qane edilsin.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register