Rəyi soruşulanların əksəriyyəti 23 fevralı kişilər günü hesab edir

23

23 fevral nədənsə oğlanlar günü hesab edilir. Yəqin ki, hər kəs məktəbli qızların məktəbə gedərkən öz sinif yoldaşları olan oğlanlara hədiyyə apardığını xatırlayır.

Biz Marneuli 1, 3 və 8 saylı ictimai məktəblərində olduq. Şagirdlərin əksəriyyəti 23 fevralı oğlanlar günü kimi qəbul edir, bəziləri hədiyyəsini də alıb, bununla belə məktəbdə deyirlər ki, bu günü qeyd etmirlər.

23 fevral Gürcüstanda “Yunker”lərin xatirə günü kimi qeyd olunur. Məhz bu gün 23 fevral 1921-ci ildə Sovet Rusiyasının Qızıl Ordusuna qarşı Kocori-Tabaxmela ərazisində aparılmış mübarizə zamanı həlak olmuş gənc Yunkerlərin xatirəsi yad olunur. 1919-cu ildə yaradılmış hərbi məktəbin yunkerləri tarixə məhz 1921-ci il mübarizəsindən sonra düşdülər.

Qeyd olunduğu kimi, Gürcüstanda 23 fevral oğlanlar günü hesab olunur. Lakin əslində beynəlxalq kişilər günü 19 noyabr tarixində qeyd olunur. Bu gün 1960-cı illərdə təsis olunub.  Bu günün əsasını qoyanların fikrincə beynəlxalq kişilər günündə kişilərə qarşı diskriminasiya problemləri, ailədə onların hüquqları və təhsili məsələlərinə diqqət yönəldilir.

“Marneuli” Radiosua

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register