Tərəvəzlər olan çanta şübhə yaratdı

marneulifm

Bu gün, 23 fevral tarixində 18:00 radələrində Marneul şəhəri Rustavelli küçəsində naməlum çanta aşkarlanıb. Polis ərazini nəzarətə götürüb. Onlar partladıcı maddə təhlükəsindən şüphələnirdilər.

28168563_1356992901112696_8492882252312549148_n

Foto: Marneuli Tv/ Lela Kharshiladze

Xöşbəxtlikdən hadisə təhlükəli olmalıdı. Çanta orda sadəcə unudulmuşdu. Lakin müşahidə olunan bu oldu ki, nə sakinlər nə də polis işciləri belə təhlükəli hallara hazır deyillər.

IMG_9064

                                                                                                                                Foto: Marneulifm

Bütün dünyada qəbul olunmuş təhlükəsizlik qaydaları var. Onlardan ən birincisi budu ki, partladıcı maddə barədə minimal şüphə belə varsa insanlar həmin ərazidən təhlükəsizlik məsafəsinə köçürülməli və polis ərazini nəzarətə götürməlidi. Hadisə yerində isə bunu görmək mümkün deyildi.

IMG_9053

Foto: Marneulifm

Onlar partlayışın episentrinə yaxın ola biləcək  ticarət obyektlərinin işini dayandıraraq orda işləyən insanları təhlükəsiz məsafəyə köçürməli və sakinləri əraziyə yaxın buraxmalı deyildilər. Lakin müşahidə etdiklərimiz tam əksini göstərirdi. Polis çantanın ətrafındaki çox kiçik bir ərazini lentlə bağlamışdı. Ərazinin sağında və solunda olan ticari obyektlərə isə insanlar rahatlıqla girib çıxırdılar.

IMG_9065

Foto: Marneulifm

Sakinlərin məhsuliyətsizliyini də bu hadisədə qeyd etmək lazımdı. Beynəlxalq acı təcrübə göstərir ki , teror aktları zamanı teroristlər kütlənin marağından istifadə edərək insan itgisini çoxaltmağa çalışırlar. Belə ki, onlar kiçik partlayış törədərək daha çox insanı əraziyə cəlb edib, ikinci daha böyük partlayışı törədirlər.

IMG_9057

Foto: Marneulifm

Beləliklə də insan itgisi çoxalır. Marneulidə yaşanan hadisədə isə ərazidən çox uzaqda yaşayan insanlar marağa görə hadisə yerinə gəlib, təhlükəsizlik məsafəsini keçərək həyatlarını təhlükəyə atırdılar. Belə hadisələr zamanı insanların təhlükəsizlik məsafəsində dayanaraq polisin işinə mane olmaması tövsiyə olunandı.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register