Meria: fasadlarda qeyri-gürcü dilində yazılardan istifadə üçün cərimələr kəskinləşəcək

kaxa kaladze

Tfilis şəhər  meri Kaxa Kaladze bildirib ki, qeyri-gürcü dilli yazılardan istifadə edildiyinə görə cərimələr kəskinləşəcək. Bu növ tənzimləməni reklam haqqında qanun nəzərdə tutur. Onun sözlərinə görə, qeyd olunan məsələnin həlli onun seçkiqabağı vədi olub və bu istiqamətdə çalışmalar qanunvericilik səviyyəsində davam edəcək.

“Biz heç kimə qarşı çıxmırıq və hamıya məsləhət görürük  – hamının hüququ var ki, ölkəyə gəlsin biznes yaratsın, əlbəttə bizim qanunlarımız çərçivəsində olmalıdır. Gürcü dilinə hörmət etməlidirlər. Bunların hamısı qanunvericilikdə nəzərə alınıb. Əlavə tənzimləmə lazım olarsa mütləq bələdiyyə məclisinə və qanunun kəskinləşməsinə dair Parlamentə  müraciət edərik” – bildirib Kaladze.

Mənbə: on.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register