Prezident: “Gürcü dilini ona görə öyrətmirik ki, Azərbaycan dilini unudasınız”

11

Marneulidə əhali ilə görüşü zamanı Gürcüstan Prezidenti etnik azərbaycanlar üçün assimilyasiya təhülkəsinin olub-olmaması barədə suala cavab olaraq konkret misal çəkməyi xahiş etdi. O, hesab edir ki, belə hallara reaksiya göstərmək lazımdır.

“Gürcü dilini ona görə öyrətmirik ki, Azərbaycan dilini unudasınız. Ona görə öyrədirik ki, sənin fikrini televiziyada öyrənə bilim, öna görə öyrədirik ki, sənin tərəfindən yazılmış hər hansı fikri  dinləyə bilim. Öyrətmək istəyirəm ki, sən (azərbaycanlılar) ali məktəblərə daha asan qəbul olunsunlar. Ona görə öyrətmək istəyirəm ki, iqtisadi proseslərdə çətinlik çəkməyəsən və bu ölkənin güclü vətəndaşı olasan. Məhz buna görə də gürcü dilinin tədrisinə yatırım edirik ki, sən, mən və sənin qardaşların güclü Gürcüstan qura bilək. Bu assimilyasiya deyil. Bu sizin vətəndaş kimi formalaşmağınız deməkdir. Əgər bunu etməsək, biz bir-birimizi başa düşə bilməyəcəyik. Çünki eyni dildə danışa bilməyəcəyik. Buna görə də bu işə sərmayələr yatırılır və bu düzgün addımdır. Eyni zamanda sizin öz mədəniyyətinizi, adət-ənənənizi inkişaf etdirmək imkanınız olur. Mən belə hal eşitməmişəm. Kimsə sizə misal üçün yerli ansamblın, dərnəklərin yaradılmasını qadağan edibmi. Sizə heç kəs öz mədəniyyətinizi qorumağı qadağan etmir. Əksinə, müəyyən dəstək də göstərilir. Azəri əsilli Gürcüstan vəötəndaşları gürcü dilini mütləq öyrənməlidirlər, Mütləq fəal Gürcüstanlı biznesmen, iqtisadçı, siyasətçi, mədəniyyət xadimi, jurnalist olmalıdırlar. Bu mütləqdir, çünki bizə vahid dövlət lazımdır”, – deyə Marqvelaşvili bildirib.

Bu gün 26 fevral tarixində Gürcüstan Prezidenti Qiorqi Marqvelaşvili Marneulidə, Mülki Məşğulluq Mərkəzində respublikanın 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində yerli sakinlərlə görüşüb.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register