Yeni kampaniyanı tanıtmağa gələn Prezident əhalinin problemlərini dinəyib

12

Bu gün, 26 fevral tarixində Gürcüstan Prezidenti Marneuliyə səfər edib. Görüş Mülki Məşğulluq Mərkəzində baş tutub. Görüş çərçivəsində Prezident iştirakçılarla yeni kompaniya haqqında danışıb.

“Müstəqillikdən azadlığa doğru – respublikanın 100 ili” iştirakçılarının bu gün eyni adlı sərgini də nəzərdən keçirmək imkanı var idi.

Giorgi Marqvelaşvili bu ilin əhəmiyyətindən danışdı.

“Bu il bizim üçün çox mühüm tarixdir və təntənə üçün mühüm səbəbimiz var. Bizim ilk respublikamızın 100 yaşı tamam olur. Yüz il əvvəl bizim əcdadlarımız ilk yeni formada respublikanı yaradıblar. Yəni buna qədər Gürcüstan respublika deyildi. Rusiya imperiyasından azad olandan sonra bizim əcdadlarımız bizim dövlətimizin necə mövcud olacağını qərara aldılar. Bu demokratiya idi, bu xalqın hakimiyyəti idi, bu ölkənin idarə olunmasında ictimaiyyətin iştirakı idi. Bizim dövlətimizin əsası ötən əsrin əvvəllərində belə qoyulub”.

Kompaniyanın əhəmiyyəti ilə tanışlıqdan sonra görüş sual- cavab rejimində davam edib. Əsas söhbət problemlər haqqında olub. QHT nümayəndələri və başqa maraqlı şəxslər Prezidentdən yardım istəyiblər. Məsələn, iştirakçılardan birinin həyat yoldaşı həbsdə cəza çəkir və o, Prezidentdən bu məsələyə baxmağı xahiş etdi.

Marneulidə Tut bağı ərazisindəki uşaq bağçasının binasında məskunlaşmış aztəminatlı çoxuşaqlı ana fiziki imkanları məhdud olan  övladı  ilə birgə yaşayış yerlərinin probleminin həllini xahiş edib.

Salome Qiria Marneulinin kəndlərindən birində gürcü dilini tədris edir. O, təhsil sahəsində olan problemləri vurğuladı.

“Məktəblərdə zorakılığın azaldılması üçün nə isə etmək olar. Fikrimcə daha artıq maliyyə olarsa çox maraqlı və səmərəli layihələr həyata keçirmək olar. Həmçinin kadr problemlərinə də toxunuldu. Fikrimcə məktəbdə işləyən, yeganə gəlir mənbəyi bura olan insanlara bir dəfəlik demək olmaz ki, get otur evində. Belə halda hakimiyyət alternativ yol təklif edə bilər. Düşünürəm ki, problem yavaş-yavaş həll olunacaq”.

Görüşdə müzakirə olunan əsas məsələlər təhsil, etnik azlıqların inteqrasiyası və dövlət dilinin tədrisi ilə bağlı idi.

“Gürcü dilini ona görə öyrətmirik ki, azərbaycan dilini unudasınız. Ona görə öyrədirik ki, sənin fikrini televizroda dinləyim, ona görə öyrədirəm ki, sənin fikrini yazılı olaraq oxuyum. Ona görə öyrədirəm ki, sən asan şəkildə ali təhsil müəssisəsinə qəbul olasan. On görə öyrənirsən ki, güclü Gürcüstan vətəndaşı kimi iqtisadi proseslərdə çətinlik çəkməyəsən”.

Marqvelaşvili hesab edir ki, gürcü dilinin tədrisi önəmlidir, böyük resurslar tələb edir, bu isə güclü dövlətin yaradılmasına və etnik azlıqların formalaşmasına dəstək olacaq.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register