Avtoparkın direktoru: “Pirosmani küçəsinə faktiki olaraq nəqliyyat lazım deyil”

Pirosmani küçəsində yaşayan sakinlərin bir çox problemləri var lakin sakinləri ən çox narahat edən problemlərdən biri bu əraziyə ictimai nəqliyyatın işləməməsidi. Sakinlərin dediyinə görə onlar ya piyada yada ki, taksiylə mənzil başına çatırlar.
“Marneuli Avtopark” MMC-nin direktoru Qriqol Calağonia düşünür ki, qeyd olunan yerdə yolun kiçik hissəli olduğundan və əhalinin az olmasına görə nəqliyyat gedə bilməyəcək.
“Orada əhali azdır. 30 km dən sonra əhali yaşamır. Elə də uzaq deyil. Oradan meydana düşürlər. Meydandan qısa məsafəyə, oraya nəqliyyat gedə bilmir. Orada elə küçə var ki, heç nəqliyyat lazım deyil”.
Marneuli Avtoparkından Marneuli kəndlərinə 20 ictimai nəqliyyat vasitəsi xidmət göstərir.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments