Marneulidə “20 yanvar faciəsi” anıldı
20 yanvar tarixində Marneuli Ata Holding Mərkəzində Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “20 yanvar faciəsi” ilə bağlı tədbir keçirildi. Tədbirdə Marneuli Sakrebulosunun rəhbəri Nəbi abdullayev, Gürcüstan Parlamentinin üzvü Mahir Dərziyev, Rustavi, Gardabani, Bolnisi və Marneulidən sakilər iştirak etdilər.
Tədbir şəhidlərin ruhuna oxunan dua ilə başladı.
Tədbir haqqında Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Mətbuat xidmətinin və Gənclər Şöbəsinin rəhbəri Nərgiz Aliyeva ətraflı məlumat verdi.
Marneuli Sakrebulosunun rəhbəri Nəbi Abdullayevdə tədbirlə bağlı təəsuratlarını bizimlə bölüşdü.
Tədbir 20 yanvar faciəsi haqda filmin nümaişi ilə başa çatdı.
Gün ərzində müxtəlif yerlərdə 20 yanvar hadisəsinə həsr olunmuş silsilə tədbirlər həyata keçiriləcəkdir
Müəllif: Şəlalə Əmircanova
Şəlalə Əmircanova516 Posts
0 Comments