Gürcüstanda yaşıyan Azərbaycanlılar ilin ilk çərşənbələrindən olan Su çərşənbəsini qeyd edirlər

su cersenbesi

Bu gün Gürcüstanda yaşıyan Azərbaycanlılar ilin ilk çərşənbələrindən olan Su çərşənbəsini qeyd edirlər.

Novruz bayramına 4 həftə qalmış insanlar həyat üçün vacib dörd ünsür – su, od, yel və torpaqla bağlı çərşənbələri təntənəli şəkildə qeyd edirlər. El arasında bunlara “boz ayın çərşənbələri” də deyilir. Novruz bayramının ilk çərşənbəsi – Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır.

İlk çərşənbə ərəfəsində ev-eşiklər sahmana salınır, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənir. Hər çərşənbənin öz təamı, öz xonçası var. Su çərşənbəsinin xonçasında pak, təmiz su mütləq olmalıdır. Suyun ətrafına quru meyvə, rəngli şamlar, ləbləbi – kişmiş, çətənəli, küncüdlü, fındıqlı-qozlu qovurğa qoyulur. Su çərşənbəsində yaşlılar üçün qovurğadan qovut çəkir, üstünə bəkməz və ya bal tökürlər.

Xalq inancına görə, birinci çərşənbə günü su və su mənbələri təzələnir, hərəkətə gəlir. Su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Ümumiyyətlə, saflıq, təmizlik rəmzi olan su hər zaman müqəddəs hesab edilib. Su çərşənbəsi axşamı süfrəyə təmiz su qoymaq lazımdır və hamı həmin sudan içməlidir.

Su çərşənbəsi “əzəl çərşənbə” və ya “Sular Novruzu” da adlanır.

Qeyd edək ki, 2017-ci ildə fevralın 27-də ilk çərşənbə – Su, martın 6-da Od, martın 13-də Hava (Yel), martın 20-də isə sonuncu Torpaq çərşənbəsi qeyd olunacaq.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register