Tflisdə bazar yanıb, 35 yanğın söndürən briqadası hadisə yerinə səfərbər olunub

yan

Tfilisdə Tsabadze və Tevdore küçəsində yerləşən bazar yanıb. Yanğın “Tergis” binasında 27 fevral tarixində təqribən saat 00:03-də baş verib. Fövqəladə hallar idarəsi xidmətinin məlumatına görə, hadisə yerində 35 birqada çalışır. Zərərçəkənlərin olub olmaması və yanğının səbəbləri hələ məlum deyil. Yanğın baş verən əraziyə Tbilisi meri də gedib. Onun sözlərinə görə, zərərçəkənlər yoxdur və yanğının qarşısı alınacaq.

Bazar ərazisində, eləcə də ticarət mərkəzində yerləri icarəyə götürmüş ticarətçilər var və məlumat almağa çalışırlar. Hadisə yerinə gedən mer bu haqda heç bir məlumat verməyib.

Mənbə: netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register