Bakalavr təhsilinin müddəti 3, magistratura təhsilinin müddəti isə 1 ilə qədər azalır
Bakalavr proqramı bir neçə istiqamətdə 4 ildən 3 ilə qədər azalır. Bundan əlavə, magistraturada tədris müddətinin1 ilə və ya bir il yarıma qədər azalması da planlaşdırılır.
Müvafiq dəyişikliklər Gürcüstan Təhsil və Elm nazirliyinin təşəbbüsü ilə, “Ali təhsil haqqında” Gürcüstan qanununa daxil olur. Yaxın dövrdə istiqamət və sahələrin siyahısı müəyyən olunacaq. 3 il ərzində bakalavr üçün lazımi tədris nəticəsinə nail olmaq və müvafiq kvalifikasiyalı diplom almaq mümkün olacaq.
Keyfiyyətin inkişafı milli mərkəzindən İPN-ə bildiriblər ki, bakalavr və magistr proqramlarında tədris müddətinin azaldılması universitetlərin beynəlxalq olmasına dəstək olacaq. Qeyd edirlər ki, tələbələr 3 illik bakalavr proqramlarında ola bilsin 2018-ci ilin sentyabrından oxumağa başlayacaqlar.
Mənbə: ipn.ge
Amil Məmmədov2286 Posts
0 Comments