İş xanımlarının məşq etməyi üçün fitnes zallarında şərait yoxdu
Rəbiyyə Məmmədova bir aydı ki, Marneulidə yaşayır. O, boş vaxtında idmanla məşqul olmaq istəyir. Bunun üçün o, Marneulinin mərkəzində və Qızılhacılı ərazisində olan idman zalına müraciyyət edir. Hər iki zaldan ona bildirilər ki , xanımlar yalnız müəyyən olmuş vaxtda zalda məşq edə bilərlər və onların soyunub geyinmə otağı kişilərlə eynidi.
Zalda məşq edən xanım isə Marneulidə qadınların idmanla məşqul olmasının yeni bir hal olduğunu və zamanla bunun dahada yaxşıya doğru dəyişəcəyini gözlədiyini bildirdi.
Yerli televizya kanalının operatoru Lela Xarşiladze idmanla məşqul olmağı sevir. Oda hal-hazıda bağlı olan idman zalında məşq edirmiş. Lela bu mövzuda bizimlə fikrini paylaşdı. O iş xanımı olduğundan qadınlara ayrılmış vaxtda deyil, boş vaxtlarında məşqlərə gedirmiş və kişilərlə bir yerdə məşq edirmiş.
“Mən ora gedə bildim çünki məni Marneulidə hər kəs tanıyır. Əlbəttdə umumi qurupa gedəndə əvvəl hami təccüblənirdi. Ancaq sonra mənə yaxınlaşdılar və mənə məşqlərlə bağlı köməkliklər göstərdilər. Orda təbiki xanımlar üçün ayrı soyunub geyinmə otağı yox idi. Soyunub geyinmə otağı və düş bir yerdə idi. Ona görədə mən ayaq yolunda geyinirdim ki, buda cox narahtçılıq verirdi”.
Qızılhacılıda olan idman zalında isə xanımlar ümumiyyətlə məşq etmirlər. İdman zalından bildirdilər ki, xanımlar üçün burda məşqicidə yoxdu.
Rəbiyyəyə burdan bildirdilər ki, o məşq etmək üçün ya səhər tez gəlməlidi və yaxud ümumiyyətlə gəlməməlidi.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments